Xəbər lenti

“Azəriqaz”ın rəhbərliyi Siyəzəndə sahibkarlarla görüş keçirəcək
Ekonomiks14:13 17.01.2022

“Azəriqaz”ın rəhbərliyi Siyəzəndə sahibkarlarla görüş keçirəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yanvarın 19-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi Siyəzən rayonunda sahibkarlarla görüş keçirəcək.
Bu barədə Qaynarinfo-ya qurumdan bildirilib.
Məlumata görə, "Açıq mikrofon” aksiyası çərçivəsində Siyəzən şəhəri, Cəfər Cabbarlı küçəsi, 23 ünvanında (Siyəzən xidmət sahəsinin qarşısında) baş tutacaq aksiyada sahibkarları maraqlandıran suallar cavablandırılacaq.
"Səyyar qəbul otağı” saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.