Bakıda "Azfar” İdman Kompleksində oğurluq hadisəsi baş verib.
Qaynarinfo-nun məlumatına görə, oğurluqda təqsirləndirilən 1980-ci ildə Biləsuvar rayonunda anadan olmuş Kamandar (şərti) adlı şəxs 11 yanvar 2022-ci ildə, saat təxminən 21.00 radələrində əvvəllər də olduğu Nəsimi rayonu, Kamandar Əhmədov küçəsi 23 ünvanında yerləşən "Azfar” İdman Mərkəzinə gedib. Kamandar orda futbol oynayan tanışlarına tamaşa edib.
Daha sonra o, soyunma otağına daxil olaraq orada olan dolabdan futbol oynayanların birinə məxsus şalvarı cibindən 137 manat pul götürüb və otağını tərk edib.
İstintaq zamanı Kamandarın eyni cinayət hadisəsini digər yerlərdə də törətdiyi üçün məhkum edildiyi müəyyənləşib.
Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs digər cinayət əməlləri də nəzərə alınmaqla 2 il 2 ay azadlıqdan məhrum edilib.
Əhməd