Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın "Azov” komandirlərinin mübadiləsi üçün siyahıların razılaşdırılmasının təfərrüatlarını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN Türk məlumat
yayıb.
Onun sözlərinə görə, məsələ həll olunana qədər Türkiyə ictimaiyyətə çox açıqlama verməyib.
"Prezidentimiz bu məsələyə çox isti münasibət bəslədi, təxminən üç-üç ay yarım bu məsələni həmkarlarımızla müzakirə etdik. 15 ad razılaşdırılmamışdı. Bu siyahı Lvova çatmadı (Zelenski ilə Ərdoğan arasında görüş — red.), sonda say beşə endirildi. Müharibə bitənə qədər bu beş nəfər bizimlə təhlükəsizlikdə qalacaqlar”, - o deyib.
Kalın əlavə edib ki, Türkiyə hakimiyyəti "Azov” komandirlərinə Türkiyədə qalmağı təklif edib və Ukrayna tərəfi konstruktiv mövqe ortaya qoyub.
Cümə axşamı, sentyabrın 22-nə keçən gecə məlum olub ki, Ukrayna Rusiya əsirliyindən 215 müdafiəçisini geri qaytarıb, onlardan 108-i "Azov” döyüşçüləridir.
"Azov”un beş komandiri hazırda Türkiyədədir. Ukraynanın 10 əcnəbi müdafiəçisi də azad edilib və onlar Səudiyyə Ərəbistanına gediblər.
Azovstal qarnizonunun 5 komandiri 55 rusiyalı hərbçi ilə dəyişdirilib, qalanlarının müqabilində Ukrayna dövlətə xəyanətdə şübhəli bilinən deputat Viktor Medvedçuku Rusiyaya təhvil verib.
Nizami Bağırov