Xəbər lenti

Bağdadda ABŞ səfirliyinin yerləşdiyi rayon “Katyuşa”dan raket atəşinə tutuldu
Dünya08:39 29.07.2021

Bağdadda ABŞ səfirliyinin yerləşdiyi rayon “Katyuşa”dan raket atəşinə tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bağdadda ABŞ səfirliyinin yerləşdiyi rayon raket atəşinə tutulub. 
Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı "Şafaq” agentliyi öz mənbələrinə istinadən yayıb.
İlkin məlumatlara görə, raketlər "Katyuşa" Reaktiv Sisitemlərindən atılıb. Mənbə C-RAM hava hücumundan müdafiə sisteminin raketləri kifayət qədər uzaqlaşdıra bilmədiyini və bu üzdən raketin qırıntılarının Əl-Mənsur bölgəsində bir maşın və bir evin üstünə düşməsinə səbəb olduğunu əlavə edib.
Xatırladaq ki, Bağdadın "yaşıl zonası" və beynəlxalq aerodrom mütəmadi olaraq kustar raket qurğularından atəşə tutulur.
Bu cür hadisələr əsasən mülki insan tələfatı və ciddi ziyanla nəticələnmir.
Alpər