Xəbər lenti

Bağdadinin öldürülməsinin detalları açıqlandı
Dünya09:49 27.10.2019

Bağdadinin öldürülməsinin detalları açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İraq hökuməti İŞİD lideri Əbubəkr Əl Bağdadinin öldürülməsinin detallarını açıqlayıb.

Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, ötən gecə ABŞ-ın 8 helikopteri Suriyanın İdlib şəhərinin Bərişə qəsəbəsində Bağdadinin olduğu mövqeni 1,5 saat ərzində atəşə tutub. Hücum zamanı terrorçu lider, onun 2 həyat yoldaşı və 6 övladı öldürülüb. Digər bir iddiada isə İŞİD lideri və ailəsinin özlərini partlatdığı deyilir.

Məlumata görə, Əbubəkr Əl Bağdadi ailəsini Türkiyə sərhədinə köçürmək istəyərkən aşkarlanıb.

Gülşən