Xəbər lenti

Bağdadinin ölüm xəbəri yalan çıxdı
Dünya05:41 18.07.2017

Bağdadinin ölüm xəbəri yalan çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İraq Kürd Muxtar Vilayətinin terrorla mübarizə təşkilatının rəhbəri Lahur Təlabani İŞİD lideri Əbu Bəkir əl-Bağdadinin öldülməsi ilə bağlı yayılan xəbərlərin yalan olduğunu bildirib.

"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, o, İŞİD liderinin Suriyanın Rakka şəhərinin yaxınlığında görüldüyünü qeyd edib.

"Bağdadi dəqiq yaşayır. Ölməyib. Bununla bağlı əlimizdə məlumatlar var. 99 faiz yaşadığına inanırıq. Unutmayın ki, Bağdadinin kökləri Əl-Qaidəyə qədər gedib çıxır. Sadəcə olaraq təhlükəsizlik qüvvələrindən gizlənir. O, nə etdiyini çöx yaxşı bilir", - deyə Təlabani "Reuters"ə açıqlaması zamanı söyləyib.

Qeyd edək ki, Bağdadinin öldürüldüyünü iddia edən xarici mətbu orqanları təşkilatın başına İŞİD-in Liviyadakı idarəçilərindən Tunisinin keçdiyini yazmışdılar.

Çingiz Səfərli

Qaynarinfo.Az