Xəbər lenti

Bakı klubu "Borussiya"nın sabiq futbolçusunu transfer etdi (VİDEO)
İdman06:52 10.07.2021

Bakı klubu "Borussiya"nın sabiq futbolçusunu transfer etdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sabah" komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Niderland "Maastrixt"indən almaniyalı hücumameylli yarımmüdafiəçi Coy-Lans Mikelsi transfer edib.
27 yaşlı forvardla imzalanmış müqavilənin detalları açıqlanmayıb. Təcrübəli oyunçu yeni komandasında 20 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Mikels karyerası ərzində ölkəsində "Borussiya" (Mönhenqladbax) və "Şalke"nin ikinci komandalarında, eləcə də "Alemanniya", "Vakker 90", "Karl Tseyss" klublarında çıxış edib. O, son klubu olan "Maastrixt"də 27 oyuna 7 qol vurub.
<iframe width="640" height="360" src="//player.qaynarinfo.az/?v=1393" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="" seamless="">