Xəbər lenti

Bakı klubunun futbolçusu koronavirusa yoluxdu
İdman08:36 15.03.2021

Bakı klubunun futbolçusu koronavirusa yoluxdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan millisinin və "Zirə" klubunun futbolçusu Elvin Camalov koronavirusa yoluxub.
Bu barədə "Report"a 26 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.
26 yaşlı yarımmüdafiəçi hazırda özünü yaxşı hiss etdiyini bildirib. O, testin martın 12-də müsbət çıxdığını sözlərinə əlavə edib.
Qeyd edək ki, Elvin Camalov Premyer Liqanın XX turunda "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri matçı buraxıb. Camalov Azərbaycan yığmasının qarşıdakı oyunlar üçün heyətinə daxil edilməyib.