Bakıda tanıma nişanı və taksometr qurğusu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan taksi sürücüsü həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 15 sentybr 1995-ci ildə Oğuz rayonunda doğulmuş F.G.-nın qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu üçün barəsində 16 dəfə inzibati tənbeh tədbiri tətbiq olunub.
Lakin o, tətbiq edilmiş tənbeh tədbirlərindən nəticə çıxarmadığından 17-ci dəfə saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510-ci ildə maddəsi iləprotokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Barəsində icraat aparılan şəxs məhkəmədə hava limanı ərazisində taksi fəaliyyəti ilə məşğul olduğunu, bu yolla ailəsinin maddi ehtiyaclarını təmin etdiyini, həmçinin sərnişinlərin gediş-gəlişinə heç bir maneçilik törətmədiyini qeyd edib.
Buna baxmayaraq, məhkəmənin qərarı ilə F.G 5 gün müddətinə inzibati həbs olunub.
Aydın
Şərhlər