Xəbər lenti

Bakıda davamiyyət az olan bağçalar bağlanıb?
Ölkə11:21 13.08.2025

Bakıda davamiyyət az olan bağçalar bağlanıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son günlər sosial şəbəkələrdə Bakıda yay mövsümü ilə əlaqədar davamiyyətin az olduğu bağçaların bağlanması iddiası səsləndirilir.
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, yay mövsümü ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrində müəyyən günlərdə uşaqların davamiyyətində qismən azalma müşahidə olunur.
Qurumdan qeyd edilib ki, azalmaya baxmayaraq, bağçalar normal fəaliyyətini davam etdirir: "Məktəbəqədər təhsil müəssisələrindəki təlim prosesində fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir".