Xəbər lenti

Bakıda işləmiş diplomat ABŞ dövlət katibinin köməkçisi təyin olunur
Dünya14:03 24.04.2021

Bakıda işləmiş diplomat ABŞ dövlət katibinin köməkçisi təyin olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident Cozef Bayden ABŞ-ın Qırğızıstandakı səfiri Donald Lu-nu Birləşmiş Ştatların dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə köməkçisi vəzifəsinə namizəd irəli sürməyə hazırlaşır. Bu barədə ABŞ-ın Qırğızıstandakı səfirliyi məlumat yayıb.
Dövlət Departamentinin Cənubi və Mərkəzi Asiya işləri üzrə Bürosuna Mərkəzi Asiyanın 5 ölkəsi, habelə Hindistan, Pakistan, Əfqanıstan, Nepal, Şri-Lanka, Banqladeş, Maldiv və Butan daxildir.
"Səfirlik bunu bildirməkdən şaddır ki, səfir Lu Qırğızıstan-Amerika münasibətlərinin daha da dərinləşməsinə dair işləri Vaşinqtondan yeni vəzifədə davam etdirəcək”,-diplomatik nümayəndəlik bildirir.
Donald Lu 2018-ci ildə ABŞ-ın Qırğızıstandakı səfiri təyin edilib. O, 2000-ci illərin ortalarında ABŞ-ın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili olub. Donald Lu-nun adı Azərbaycana məşhur WeakLeaks saytının ələ keçirib yaydığı ABŞ məxfi diplomatik teleqramlarından tanışdır.//Virtualaz.org