Xəbər lenti

Bakıda karantinə götürülən çinli evə buraxıldı
Sağlamlıq08:59 04.02.2020

Bakıda karantinə götürülən çinli evə buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda koronavirus şübhəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən Çin vətəndaşının karantin müddəti başa çatıb.
Qaynarinfo xəbər verir ki, yanvarın 27-də koronavirusdan şübhələnərək 1 saylı Kliniki Tibbi Mərkəzdə karantində saxlanılan 1996-cı il təvəllüdlü Zhenghai Liu Yousha bu gün evə buraxılıb.
Xatırladaq ki, Zhenghai Liu Yousha Bakı Dövlət Universitetinin Tarix fakultəsinin 3-cü kursunda amerikaşünaslıq ixtisası üzrə təhsil alır. O, bu il yanvarın 27-də koronavirus şübhəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə müraciət edərək karantinə götürülüb. Zhenghai Liu Youshada virusun əlamətləri aşkar edilməyib.