Xəbər lenti

Bakıda yeni teatr yaradıldı
Sənət06:25 28.03.2016

Bakıda yeni teatr yaradıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda "Media Company"-nin nəzdində "M.TEATR PRODUCTION" adlı yeni müstəqil teatr yaradılıb.

Qaynar.info APA-ya istinadən bildirir ki, teatrın bədii rəhbəri əməkdar artisti Vidadi Həsənov, direktoru Amil Əyyubdur. Martın 29-da R.Behbudov adına Mahnı Teatrında teatrın "Məsəl, ya..." adlı ilk tamaşası nümayiş olunacaq.

Vidadi Həsənovun rəhbərliyi ilə yaradılmış müstəqil teatrda gənc sənətçilər toplanıblar. "Məsəl, ya..." adlı bir hissəli mükamilədə Oktay Mehtiyev, Amid Qasımov, Elgün Həmidov, Vüqar Hacıyev və Günay Əhməd çıxış edirlər. Ü.Hacıbəylinin "Ordan-burdan" kitabı əsasında hazırlanmış bir bölümlü mükalimə-tamaşada iştirak edən beş sənətçi beş zaman səyyahı kimi tamaşaçıları keçən əsrin əvvəllərinə, o illərin gizlinlərinə səyahətə aparır.

Qaynar.info