Sənət 19:20 16.06.2022

"Balaca kişilər"in məşqləri başladı

0Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Qarabağ - Vətən müharibəsi mövzusunda elan etdiyi pyes müsabiqəsinin qalib əsəri yazıçı-dramaturq İlqar Fəhminin "Balaca kişilər" pyesinin məşqlərinə başlanılıb.
 
Qaynarinfo xəbər verir ki, tamaşaya Əməkdar artist Nicat Kazımov quruluş verir. Tamaşanın rəssamı İradə Heydərova, musiqi tərtibatı Zaur Rəşidova aiddir.
 
Tamaşada əsas rolları Əməkdar artistlər Şövqi Hüseynov, Rasim Cəfər, Elnur Kərimov, aktyorlar Araz Pirimov, Bəhram Həsənov, Hilal Dəmirov, Xaliq Bəkirov, Mətləb Abuşov, Ümman Budaqov, Nurlan Süleymanlı, Mirsənan Kazımlı, İlhan Sadıqov, Rəşad Səfərov, Ramiq Nəsirov, Müşfiq Əliyev, Ceyhun Məmmədov, Anar Seyfullayev, MirzəAğa Mirzəyev, Əbülfəz İsgəndərov oynayır.
 
Bahar