Türkiyənin Adana şəhərində Mehmet D. adlı şəxs banklardan birinin arxiv otağında polis tərəfindən saxlanılıb.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılan şəxs yatmaq üçün yer axtardığını və bu səbəbdən oraya girdiyini söyləyib.
Məlumatda bildirilir ki, Mehmet D. arxiv otağında girdikdən sonra siqnalizasiya işə düşüb və axtarış aparan polis onu cinayət başında tutub. O, ifadəsində binaya köhnə bankamatların olduğu şöbədən daxil olduğunu bildirib.
Bankın arxivində aparılan yoxlanış zamanı heç bir şeyin oğurlanmadığı üzə çıxıb.