Xəbər lenti

Banqladeş prezidenti parlamenti buraxdı - Müxalifət lideri azad edilir
Dünya 13:54 06.08.2024

Banqladeş prezidenti parlamenti buraxdı - Müxalifət lideri azad edilir

Banqladeş parlamenti etirazlar fonunda buraxılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə yerli "Respublika” telekanalı məlumat yayıb.

"Banqladeş prezidenti Şahabuddin Çuppu parlamenti buraxıb, müxalifət lideri və keçmiş baş nazir Xaleda Zianın azadlığa buraxılmasını əmr edib", deyə məlumatda qeyd edilir.

2008-ci ildə Ziya rüşvətxorluğa görə 17 il müddətinə azadlıqdan məhrum edilib. O, iki il həbsdə yatıb və şərti azadlığa buraxıldıqdan sonra ev dustaqlığına məhkum edilib.

Banqladeşdə iğtişaşlar 2024-cü ilin iyun ayında tələbələrin məşğulluq kvotası ilə bağlı etirazları fonunda başlayıb və bu günə qədər davam edir. Etirazçıların qarşısını almaq üçün ordu cəlb edilib.

Banqladeş baş nazirin istefasından sonra müvəqqəti hökumətin yaradıldığını elan edib. Avqustun 5-də baş nazir Şeyx Hasina vəzifəsini tərk edərək Hindistana uçub. Rusiya səfirliyi rusları ölkəni tərk etməyə çağırıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->