Banqladeşin paytaxtı Dəkkədə restoranda baş verən yanğında 43 nəfər həlak olub.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Samanta Lal Sen bildirib.
Yanan binanın pəncərəsindən tullanaraq qaçmaq istəyərkən daha 10 nəfər yaralanıb. Nazirin sözlərinə görə, xilasedicilər azı 65 nəfəri xilas edə bilib.
"The Daily Observer” yazır ki, yanğın fevralın 29-da yerli vaxtla saat 21:50-də (Bakı vaxtı ilə 19:50) Beyli-Roudda yerləşən "Kachchi Bhai” restoranında başlayıb. Yanğın iki saat sonra lokallaşdırılıb. Hadisə yerində 12 yanğınsöndürmə briqadası işləyir. Yanğının səbəbi hələ müəyyən edilməyib.
Nizami Bağırov
Şərhlər