Xəbər lenti

Barak Obama başqa ölkəyə rəhbərlik edə bilər - İmza toplanmağa başlandı
Dünya19:22 24.02.2017

Barak Obama başqa ölkəyə rəhbərlik edə bilər - İmza toplanmağa başlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əhalidən ABŞ-ın keçmiş liderinin Fransada prezident seçkilərində iştirak etməsi üçün müvafiq petisiya imzalamağı xahiş edirlər 

Birləşmiş Ştatların keçmiş prezidenti Barak Obamanın Fransadakı tərəfdarları maraqlı fikir irəli sürüblər. Obama fanları, onun bu ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək istəyir. 

Sputnik xəbər verir ki, Parisdə üzərində "Obama17" yazısı və onun şəkli, eləcə də obama2017.fr saytının linki olan plakatlar asılıb. Bu ideyanı irəli sürənlər, əhalidən ABŞ-ın keçmiş liderinin Fransada prezident seçkilərində iştirak etməsi üçün müvafiq petisiya imzalamağı xahiş edirlər. Bunun üçün 1 milyon imzanın toplanması zəruridir. Lakin qanuna görə, Fransa prezidenti bu ölkənin vətəndaşı olmalıdır. Ancaq Barak Obamanın belə bir hüququ yoxdur.

Qaynarinfo.Az