
İspaniyanın Barselona şəhərində qatar stansiyasında dəhşətli qəza baş verib.
"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 48 nəfər yaralanıb. Onlardan 5-inin vəziyyəti ağırdır. Fransia stansiyasında baş verən qəzadan sonra 18 nəfər xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, qatar stansiyaya çatanda dayana bilməyib və ön hissəsi platformaya çırpılıb.
Gülşən
Qaynarinfo.Az



