Çempionlar Liqasının E qrupunda mübarizə aparan "Barselona" qrupun son matçında Almaniyada "Bavariya"ya 3:0 hesabı ilə uduzaraq yarışla vidalaşıb.
Qaynarinfo xəbər verir ki, Avroliqaya düşən katalon klubunun baş məşqçisi Xavi məğlubiyyətlə bağlı bunları söyləyib:
"Əsəbiləşdim, bu gün meydanda yaxşı çıxış etmədik. Çox şeyi dəyişdirməliyik. "Barselona" üçün xoş olmasa da, Avropa Liqası indi bizim reallığımızdır. Burada mübarizəmizi davam etdirəcəyik”.
Sonuncu dəfə 2003-2004-cü il mövsümündə Avropa Liqasında, daha əvvəl UEFA Kubokunda çıxış edən "Barselona" 20 il əvvəl Çempionlar Liqasının qrupu ilə vidalaşmışdı. Həmin vaxt, 2000-2001 mövsümündə "Milan", "Lids" və "Beşiktaş" olduğu qrupda üçüncü yeri tutan komanda ÇL-də mübarizəni dayandırmışdı.
Səbuhi Həsənov