Xəbər lenti

Baş həkim koronavirus xəstəxanasındakı vəziyyəti "kabus" adlandırdı
Dünya10:18 24.04.2020

Baş həkim koronavirus xəstəxanasındakı vəziyyəti "kabus" adlandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerikanın Yonkers şəhərində (New York) yerləşən böyük bir tibb mərkəzində təcili tibbi yardım maşınının baş həkimi COVID-19 xəstələrinin çoxsaylı ölümlərindən danışıb.
Qaynarinfo xəbər verir ki, Dr Antoni Leno koronavirusa yoluxanların xəstəxanasında baş verənləri kabusla müqayisə edib: "Siz hətta nə qədər xəstəmiz olduğunu təsəvvür edə bilməzsiniz. Mənim növbələrimdən birində altı nəfər bir anda öldü", - həkim deyib və üzvləri kiçik evlərdə birlikdə yaşayan böyük ailələrdə SARS-CoV-2 ilə yoluxanları təcrid etməyin çətin olmasından şikayətlənib, çünki bu şəraitdə bütün ailə dərhal yoluxur.
Onun sözlərinə görə, onun çalışdığı klinikaya ailəlikcə və ya dost-tanış qrupları şəklində gəlir və elə hallar da olur ki, eyni ailədən yoluxanlar bir neçə gün fərqlə ard-arda ölürlər.
Öz növbəsində, koronavirusa yoluxan baş tibb bacısı Marqaret Kusumano tibb işçiləri üçün yorucu və çox stresli bir dövrün gəldiyini vurğulayıb.
 "İnsanların necə əzab-əziyyət çəkdiyini, xəstəliyin onları necə məğlub etdiyini görürsən. Bu, adamlara yalnız psixoloji deyil, həm də fiziki cəhətdən təsir edir", - həkim deyib.
Qeyd edək ki, yeni növ koronavirus infeksiyası ilk dəfə Çinin mərkəzi Vuhan şəhərində 2019-cu ilin dekabr ayının sonunda qeydə alınıb. 
Alpər