Xəbər lenti

Baş Konsulluğa hücum - Konsulla diplomatlar əsir götürüldü
Dünya12:43 11.06.2014

Baş Konsulluğa hücum - Konsulla diplomatlar əsir götürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mosul şəhərini ələ keçirən İraq Şam İslam Dövləti (İŞİD) kimi təqdim edən təşkilat Türkiyənin baş konsulluğuna daxil olublar.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 900-dan çox təşkilat üzvləri baş konsul və diplomatları əsir götürüblər.

Fövqəladə vəziyyətlə bağlı Baş nazir Rəcəb Tayyib Ərdoğanın köməkçisi Bəşir Atalay və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanla görüşdüyü deyilir.

***

Sosial mediada baş konsulla yanaşı girov götürülənlərin sayının 45 olduğu və onların İŞİD-in qərargahına aparıldığı deyilir. Qeyd edək ki, hücumla bağlı təşkilatın özünün rəsmi tvitter hesabında da məlumat paylaşılıb.

Qaynar.info