Xəbər lenti

Baş nazir həmcinsi ilə evləndi - FOTO
Dünya07:41 16.05.2015

Baş nazir həmcinsi ilə evləndi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Lüksemburqun hökumət başçısı Ksavye Bettel öz həmcinsi ilə evblənib. Anspress-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, Bettel Avropa Birliyində eynicinsili şəxslə nigaha girən ilk lider olub. 
Ölkənin 42 yaşlı baş naziri Belçikadan olan memar Qote Desteneylə münasibətlərini qanuniləşdirib.Onlar 2010-cu ildə tanış olub. Cütlüyün bu yaxınlaradək mülki izdivacda yaşayıb.
Lüksemburq meriyasının binasında kəbin kəsmə mərasimində təxminən 100 qonaq olub. Qonqlar arasında Belçikanın baş naziri Şarl Mişel olub.
Homoseksualların arasında nikahların qanuniləşməsi haqqında qanun keçən ilin iyununda Lüksemburqun nümayəndələr palatası tərəfindən qəbul edilib və 2015-ci il yanvarın 1-dən qüvvəyə minib.
Qaynar.info