Xəbər lenti

Baş nazirin müavini oğullarına görə işdən qovuldu
Dünya19:16 20.09.2013

Baş nazirin müavini oğullarına görə işdən qovuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkmənistan prezidenti Qurbanqulu Berdıməşəmmədov baş nazirin müavini, dövlət başçısı aparatının işlər müdiri Xocaməhəmməd Məhəmmədovu övladlarının nalayiq hərəkətləri ilə bağlı məlumatlara əsasən işdən qovub. 

Musavat.com-un RİA “Novosti”yə istinadən verdiüi məlumata görə, bu barədə qərar hökumətin iclasından sonra Türkmənistanın daxili işlər naziri İsgəndər Mullikov tərəfindən açıqlanıb. Nazir deyib ki, Xocaməhəmməd Məhəmmədovun iki oğlu və kürəkəni dəfələrdə Aşqabadın əyləncə mərkəzlərində, Xəzər sahilindəki turizm xonasında hətta, təyyarə göyərtəsində dava salıblar.

Xocaməhəmməd Məhəmmədov hökumətdə ticarət və fərdi sahibkarlığa nəzarət edirdi. O, Türkmənistan hökumətindəki veteranlardandır və Qurbanqulu Berdıməşəmmədovun ilk prezidentliyindən bu vəzifədə işləyirdi.

Qaynar.info