Misirdə yaşanan zorakı nümayişlərin ardından ölkə prokurorluğu bir çox siyasi fəalın həbsinə qərar verib.
Həbs edilən 5 siyasi fəal “İxvanul-Muslimin” siyasi cinahının qərargahına hucum etmək, ictimai asayişi pozmaq, dinc sakinlərə maddi və mənəvi ziyan vurmaq kimi ittihamlarla təqsirləndirilirlər.
Mənbənin məlumatına əsasən, İxvanul-Muslimin ötən cümə günü qərargaha edilən hücum və təşkilat üzvlərindən onlarla şəxsin yaralanmasına görə Qahirənin Baş Prokurorluğuna şikayət ediblər.
Qeyd edək ki, ötən gün də Misir Prezidenti Məhəmməd Mursi ölkədə davam edən zorakı və qeyri-qanuni nümayişlərin qarşısının alınması istiqamətində lazımi addımların atılacağını və xalqı zorakılığa təhrik edən ünsürlərin həbs ediləcəyini bildirib.