Xəbər lenti

Başına 1 milyon mükafat qoyulan terrorçu öldürüldü
Dünya05:28 25.10.2016

Başına 1 milyon mükafat qoyulan terrorçu öldürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə "Seyid" kod adlı PKK terrorçusu Cahit Beyhan öldürülüb. Öldürülən Cahit Beyhanın başına 1 milyon türk lirəsi mükafat qoyulmuşdu.
Bitlisin Aşağı Ölek və Yuxarı Ölek kəndlərində PKK-ya qarşı əməliyyat təşkil olunub. Bu zaman PKK-çılarla təhlükəsizlik qüvvələri arasında atışma baş verib. Əməliyyatla bağlı jandarmadan verilən yazılı açıqlamada 4 PKK terrorçusunun öldüyü bildirilib və qeyd edilib ki, onların arasında başına 1 milyon TL pul mükafatı qoyulan Cahit Beyhan da var. 
Qeyd edək ki, Cahit Beyhan PKK-nın Garzan bolgəsinin kordinatoru idi. (musavat.com)
Qaynarinfo.Az