Xəbər lenti

Basketbol Liqası: Bu gün daha 2 qarşılaşma baş tutacaq
İdman 09:31 04.12.2025

Basketbol Liqası: Bu gün daha 2 qarşılaşma baş tutacaq

Azərbaycan Basketbol Liqasının VIII turunda bu gün daha 2 qarşılaşma baş tutacaq.

Qaynarinfo xəbər verir ki, A qrupunda "Abşeron Lions" NTD ilə üz-üzə gələcək.

Qarşılaşma saat 17:00-da start götürəcək. "Abşeron Lions" 13 xalla qrupda ikinci pillədə yer alıb. 7 xala malik NTD sonuncu - altıncıdır.

B qrupunda isə "Naxçıvan" "Lənkəran"la münasibətlərə aydınlıq gətirəcək. Bu matç saat 20:00-da başlayacaq. "Naxçıvan" 12 xalla 2-ci yerdə qərarlaşıb. "Lənkəran" isə 10 xalla üçüncüdür.

Hər iki oyun "Sərhədçi" İdman Mərkəzində keçiriləcək.

Qeyd edək ki, turun ötən gün baş tutan matçlarda "Sərhədçi" "Ordu"nu 100:64, "Gəncə" "Neftçi"ni 80:73 hesabı ilə məğlub edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->