
Gürcüstanın keçmiş hakim partiyası “Vahid milli hərəkat”ın Batumidəki ofisinin qarşısında keçirilmiş etiraz aksiyasında partiyanın lideri və Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin və nurçuların lideri Fətullah Gülənin müqəvvaları yandırılıb.
Gülən aksiya iştirakçıları tərəfindən keçmiş iqtidar partiyasının maliyyələşdirilməsində günahlandırılıb. KİV-in bildirdiyinə görtə, aksiyaya 300-dən çox adam toplaşıb.
“Bizim vətən” hərəkatının nümayəndələri Giya Korkotaşvili və Tristan Sitelaşvili bildiriblər ki, “Vahid milli hərəkat”ın vaxı geridə qalıb və 9 il ərzində ölkədə baş verənləri təkrarlamağa həmin partiyaya imkan verilməyəcək.
Qaynarinfo.Az