Xəbər lenti

Baxışı ilə yatırdan it milyonları heyrətləndirdi - VİDEO
Dünya07:58 29.03.2017

Baxışı ilə yatırdan it milyonları heyrətləndirdi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çinin CCTV telekanalındakı "Challenge Impossible" şousunda 41 yaşlı sahibinin səhnəyə çıxardığı it milyonları heyrətləndirib.

"Qaynar" AsiaOne-a istinadən bildirir ki, alman şpitsi cinsindən olan balaca qara it baxışları ilə səhnədəki 11 nəfəri transa salaraq yatırıb.

Bu it 2015-ci ildə "Britain Got Talent"də də səhnəyə çıxarılmış və bir neçə nəfəri  yatırmışdı. Şounun müəllifi, münsiflər heyətinin üzvü Saymon Kouell demişdi: "Bu itin fenomeni 100 faiz realdır. Mən də yuxulamağa başlamışdım".

Qaynar.Az