Baxmutda vəziyyət Ukrayna prezidenti Volodimir Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı arasında fikir ayrılığına səbəb olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın "Bild" tabloidi mənbələrə istinadən
yazır.
"Bild” yazır ki, Volodimir Zelenski və Valeri Zalujnı Baxmutdakı vəziyyətlə bağlı "əsaslı fərqli fikirlərə malikdir”. Silahlı Qüvvələrin Baş komandanı guya bir neçə həftə əvvəl "taktiki səbəblərdən” geri çəkilmək barədə düşünməyə çağırıb.
Bununla belə, Ukrayna hökuməti nəşrə bildirib ki, onlar şəhərin saxlanmasının düzgün olduğuna inanmaqda davam edirlər. Adı açıqlanmayan ukraynalı analitik tabloidə bildirib ki, Ukrayna ordusu yəqin ki, Zalujnının mövqeyini bölüşür.
Baxmut uğrunda döyüşlər 2022-ci ilin yayından davam edir. Bu ilin fevralında Volodimir Zelenski Kiyevin nəyin bahasına olursa-olsun Baxmut uğrunda döyüşməyəcəyini bildirib. "Vaqner”in sahibi Yevgeni Priqojin Baxmut uğrunda döyüşləri ən ağır döyüşlər adlandırıb və onları ətçəkən maşınla müqayisə edib.
ABŞ hakimiyyəti hesab edir ki, Ukrayna qoşunlarının şəhərdən geri çəkilməsi strateji əhəmiyyət kəsb etməyəcək. Qeyd edək ki, bir qədər əvvəl Ukrayna prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Aleksandr Rodnyanski Ukrayna Silahlı Qüvvələrinin lazım gələrsə, strateji baxımdan Baxmutdan geri çəkilə biləcəyini bildirib.
Nizami Bağırov
Şərhlər