ABŞ prezidenti Co Bayden ABŞ-ın Ukraynaya dəstəyini davam etdirəcəyini və Rusiyanın Ukraynadakı müharibəsinin "strateji uğursuzluğunu” gözləyəcəyini bildirib.
Qaynarinfo RİA Novosti-yə istinadla xəbər verir ki, o, belə bir bəyanatla İsrailin baş naziri ilə danışıqların yekunlarına dair mətbuat konfransında çıxış
edib.
ABŞ lideri iddia edir ki, Rusiyanın Ukraynadakı hərəkətləri "sülh və sabitliyə meydan oxumaqdır”. Onun fikrincə, müharibə "strateji uğursuzluğa” çevrilməli və dünyanın qalan hissəsi ABŞ-la birlikdə Ukraynaya öz demokratiyasını qorumağa kömək etməlidir.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, son vaxtlar Qərbdə Rusiya üzərində "döyüş meydanında” qələbə ilə bağlı bəyanatlar verilir. "Qoy cəhd etsinlər" deyə Putin cavab verib və bunun Ukrayna xalqı üçün faciə olacağını vurğulayıb.
Onun sözlərinə görə, Rusiya Ukraynada keçirilən "xüsusi əməliyyat” zamanı hələ ki ciddi addım atmayıb və sülh danışıqlarından imtina etmir.
Alpər