Xəbər lenti

Bayden: Tramp “siyasi cəhətdən” təcrid olunmalıdır
Dünya 14:03 23.10.2024

Bayden: Tramp “siyasi cəhətdən” təcrid olunmalıdır

ABŞ prezidenti Co Bayden Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trampın demokratiya üçün təhlükə yaratdığını bildirib. Bu baxımdan, o, "siyasi cəhətdən” təcrid olunmalıdır.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

"Biz onu bağlamalıyıq. Siyasi olaraq bağlamalıyıq. Bloklamalıyıq. Bizim etməli olduğumuz məhz budur", - Bayden deyib.

ABŞ Prezidentinin bu sözləri Nyu Hempşir ştatının Konkord şəhərində seçki qərargahında deyərək demokratları noyabrın 5-də keçiriləcək seçkidə qalib gəlməyə çağırıb.

Bayden onu da əlavə edib ki, Tramp ABŞ Konstitusiyasının təminatlarına məhəl qoymamaq istəyir və buna görə də demokratların namizədi Kamala Harrisi məğlub edəcəyi təqdirdə "demokratiyamız risk altındadır”.

"Reuters” xatırladıb ki, Tramp 2016-cı ildə prezidentliyə namizəd olduğu zaman mitinq iştirakçıları dəfələrlə Demokratlar partiyasının namizədi Hillari Klintona istinad edərək "onu bağlayın” şüarları səsləndiriblər. Tramp da öz növbəsində onları bu ifadələrdən çəkindirməyib.

İndi bu il, Harrisin mitinqlərində insanlar bəzən "onu bağlayın" şüarını səsləndirir. İnsanlar 34 ağır cinayətdə təqsirli bilinən Trampı nəzərdə tutur. O, həmçinin 2020-ci il seçkilərində qeyri-qanuni olaraq məğlubiyyətini devirməyə cəhddə ittiham olunur.

Lakin Harris, öz növbəsində, bu şüarları dayandıraraq, ABŞ Ədliyyə Nazirliyinin bu məsələyə baxacağını söyləyir.

Nizami Bağırov


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->