Xəbər lenti

Bayden Türkiyəni dəstəkləyəcəyinə söz verdi... - Lobbilər isə Ankaraya qarşıdır
Dünya09:13 07.07.2022

Bayden Türkiyəni dəstəkləyəcəyinə söz verdi... - Lobbilər isə Ankaraya qarşıdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Baydenin Türkiyəyə F-16 satışını dəstəkləməsinə baxmayaraq, bir qrup deputat bu təyyarələrin verilməsinin qarşısını almaq üçün Amerika Konqresində kampaniyaya başlayıb. Ağ Ev isə Türkiyəyə satışla bağlı mövqelərinin aydın olduğunu vurğulayıb.
Qaynarinfo bu barədə "Hurriyet" qəzetinə istinadən xəbər verir.
ABŞ-dakı Yunan-Kipr lobbisi erməni və separatçı havadarları ilə birlikdə Türkiyəyə 40 F-16 qırıcısının satışının və 80-ə yaxın təyyarənin modernləşdirilməsinin qarşısını almaq üçün hərəkətə keçib.
Bu çərçivədə Nümayəndələr Palatasının üzvləri olan Amerika Konqresinin aşağı palatasının 10 deputatı qanuna ABŞ istehsalı olan F-16-ların Türkiyəyə satışı və modernləşdirilməsini çətinləşdirən düzəliş hazırlayıb.
Önümüzdəki dövrdə səsə qoyulacaq 2023-cü il üçün Milli Müdafiə Səlahiyyət Aktına (NDAA) daxil edilməsi üçün hazırlanan qanuna təklif edilən düzəlişdə ABŞ Prezidenti son 1 ildə suverenlik və ya NATO üzvü olan ölkənin ərazi bütövlüyü (Yunanıstan nəzərdə tutulur) və ya hava məkanı qanununu pozan digər NATO üzvü dövlətə (Türkiyə nəzərdə tutulur) silah satışını təsdiqləməyi qadağan edir.
İndi gözləmək lazımdır ki, ABŞ Konqresindəki anti-türk lobbisi Türkiyəyə F-16 satışının qarşısını ala biləcəkmi, yoxsa Baden müxalifətə qalib gələrək vədini yerinə yetirəcək.
M.Arif