ABŞ prezidenti Co Baydenin administrasiyası ATACMS raketlərinin Ukraynaya göndərilib-göndərilməyəcəyini "sakitcə" müzakirə edir.
Qaynarinfonun xəbərinə görə, iki ABŞ rəsmisi və bir avropalı "The New York Times” qəzetinə
bildirib.
Hazırda digər təhlükəsizlik təhdidləri üçün ayrılmış "yer-yer” idarə olunan raketlərin heç olmasa bir hissəsinin Ukraynaya təhvil verilib-verilməməsi məsələsi ətrafında "sakit müzakirə” gedir.
Müdafiə Nazirliyinin rəsmiləri xəbərdarlıq edib ki, ATACMS arsenalı nisbətən kiçikdir və raketlər Pentaqonun digər hərbi planları üçün, o cümlədən Koreya yarımadasında istifadə olunur.
Alpər