Xəbər lenti

Bayden xərçəng xəstəliyinə tutulduğunu və səbəbini açıqladı
Dünya06:25 21.07.2022

Bayden xərçəng xəstəliyinə tutulduğunu və səbəbini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Co Bayden uşaqlığını keçirdiyi bölgədəki çirklənmə səbəbindən xərçəng xəstəliyinə tutulduğunu deyib. 
Qaynarinfo TASS-a istinadla xəbər verir ki, Amerika lideri bu barədə Massaçusetsdə çıxışı zamanı bildirib.
Onun çıxışı iqlim böhranının nəticələri ilə mübarizəyə həsr olunub.
Bayden tədbirdə olanlara xatırladıb ki, bir çox Amerika fabrikləri ətraf mühitin pozulmasına səbəb olan zərərli maddələri havaya buraxır. ABŞ lideri Delaverdəki uşaqlığını xatırlayıb və anasının onu məktəbə apardığı avtomobilin şüşələrindəki yağ ləkələrindən danışıb. 
"Ona görə də mən və mənim böyüdüyüm bir çox başqa insanlarda xərçəng var. Və buna görə də, uzun müddət Delaver ştatında ölkədə ən yüksək xərçəng nisbəti var idi", - Bayden deyib.
Bir sıra media orqanlarının və rəsmilərin fikrincə, Co Bayden əslindı indi aşkar olunan xərçəngdən deyil, əvvəllər diaqnoz qoyulmuş və artıq sağalmış xəstəlikdən danışıb. Digərləri isə prezidentin sadəcə bunu ağzından qaçırdığını hesab edirlər.
Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts isə sosial şəbəkələrdə ABŞ liderinin əvvəllər əməliyyat etdirdiyi dəri şişlərindən danışdığını açıqlayıb.
Alpər