Xəbər lenti

Bayden yenə səhv etdi: çaşıb Trampı “professorum” adlandırdı
Dünya12:05 26.01.2024

Bayden yenə səhv etdi: çaşıb Trampı “professorum” adlandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bayden yenə səhv etdi: çaşıb Trampı "professorum” adlandırdı
ABŞ prezidenti Co Bayden növbəti dəfə ictimaiyyət qarşısında yöndəmsiz vəziyyətə düşüb. 
Qaynarinfo xəbər verir ki, Amerika lideri Viskonsin ştatında çıxışı zamanı səhvən Ağ Evin keçmiş rəhbəri Donald Trampı "sələfi” yox, öz "professoru” adlandırıb.
Amerika mətbuatının yazdığına görə, 81 yaşlı Bayden deyilənləri dərhal anlayıb və vəziyyətdən çıxmağa tələsib. "Professorum... Professorum haqqında danışmayacağam - sələfim fərqli kurs aldı" Bayden deyib. O, Trampın "nailiyyətlərini" tükənmiş iqtisadiyyat, çox zəngin və böyük korporasiyalar üçün vergilərin azaldılması və büdcə kəsirinin əhəmiyyətli dərəcədə artması kimi sadalayıb.
Maraqlıdır ki, Baydenin səhvləri bununla bitməyib. Həmçinin bu çıxışında o, pandemiya ilə tənəzzülü səhv salıb: "Resessiyadan əvvəl... Pandemiyadan əvvəl Amerikada təxminən 700 milyarder var idi”.
Alpər