Xəbər lenti

Baydenin komandası “Qiyamın yatırılması” üçün bunları edir – WP
Dünya 13:07 01.07.2024

Baydenin komandası “Qiyamın yatırılması” üçün bunları edir – WP

ABŞ prezidenti Co Baydenin müttəfiqləri Donald Trampla debatdan sonra narahat olan demokratların "istənilən qiyamını yatırtmaq” üçün fəal işləyirlər və prezident seçki yarışından çəkilmək niyyətində olmadığı üçün onu dəstəkləməyə çağırırlar. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Washington Post” yazır.

Publik olaraq, Bayden komandası son bir neçə gün ərzində kampaniya ianələrinin rekord axınına istinad edərək və ilk debatları zamanı büdrəmiş siyasətçilərin uzun siyahısını qeyd edərək, debat səhvlərini azaltmağa çalışıb.

Bununla belə, özəl olaraq, nəşrin mənbələrinə görə, prezidentin köməkçiləri telefon zəngləri edir və danışıqlar aparır, eyni zamanda "təkcə Baydenin noyabrda seçkilərdə qalib olub-olmadığını deyil, ümumiyyətlə seçki bülletenində olub-olmayacağını müəyyən edə biləcək mübarizəyə hazırlaşırlar".

Məqalədə deyilir ki, prezidentin köməkçiləri həmçinin istənilən nüfuzlu Demokratlar partiyası rəsmilərinin Baydeni açıq şəkildə istefaya çağırmasının qarşısını almağa çalışırlar.

WP-nin məlumatına görə, şəxsi söhbətlərində prezident seçki yarışını davam etdirməyə tam sadiq olduğunu bildirib. Lakin o, debatların nəticələrindən narahatdır və onu seçki yarışından çıxmağa çağıran bəzi şərhlərdən məyusdur, mənbələr bildiriblər.

Bununla belə, iyunun 30-u axşama olan məlumata görə, hakimiyyətdə olan bir dənə də olsun tanınmış demokrat Baydeni seçkidən imtina etməyə çağırmayıb. Bəziləri Baydenin yaşı və qabiliyyətləri ilə bağlı narahatlıqlarını açıq şəkildə ifadə edib, bəziləri isə sorğuların nəticələrini gözləyərkən "şübhəli sükut"u qoruyurlar. Bir çox partiya təmsilçiləri də prezidentə ictimai dəstək ifadə ediblər.

Demokratik Milli Komitəsinin tələsik iyunun 29-na planlaşdırılan onlayn iclasında liderlər partiya üzvlərindən Baydenə dəstək olmalarını xahiş ediblər. Komitə sədri Ceymi Harrison Baydenin cavanlaşmadığını etiraf edib, lakin onun Tramp kimi yalançı olmadığını vurğulayıb.

Lakin bu onlayn iclas demokratlara öz narahatlıqlarını partiya liderləri ilə bölüşmək imkanı verməyib - sual-cavab sessiyası olmayıb və söhbət funksiyası deaktiv edilib. Belə hərəkətlər partiyanın çətin yolu haqqında daha səmimi söhbətə ümid edən demokratları məyus edib.

Nümayəndələr palatasında demokratların lideri Hakim Ceffris və Nümayəndələr palatasının digər demokratları da oxşar işlərlə məşğuldurlar. WP-nin məlumatına görə, onlar konqresmenlərdən daha bir neçə susmağı və nə baş verəcəyini görmələrini xahiş ediblər. 

Öz növbəsində, bir neçə şəxs Baydenin 81 illik həyatı boyu çəkdiyi siyasi və şəxsi travmanın uzun tarixinə işarə edərək, prezidenti və onun ətrafındakıları "turbulentlik qarşısında hazır və səbirli" kimi xarakterizə edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->