Xəbər lenti

Baydenin müşavirinin evinə peyin atıldı, mina axtaranlar göndərildi (FOTO)
Dünya05:52 27.03.2024

Baydenin müşavirinin evinə peyin atıldı, mina axtaranlar göndərildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naməlum şəxs ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın evinə peyin səpib və polis müdaxilə edib. 
Qaynarinfo xəbər verir ki, bu barədə Fox News telekanalı hüquq-mühafizə orqanlarının adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.
Hadisə martın 25-də baş verib. Mətbuatda yayılan məlumata görə, şəxsiyyəti hələlik müəyyən edilməmiş şəxs avtomobillə keçərkən Sallivanın evinə doğru peyin atıb. Gizli təhlükəsizlik xidməti dərhal hadisəyə müdaxilə edib. Ardınca hadisə yerinə polisin minalardan təmizləmə qrupu gəlib.
Daha sonra Gizli Xidmətin sözçüsü Entoni Quqlielmi telekanala bildirib ki, bomba qrupları Sallivanın evində partlayıcı əşyalar tapmayıb.
Hazırda polis şübhəli şəxsi axtarır.
Aydın