Xəbər lenti

Baydenin niyə ikinci dəfə prezident olmaq istəyir? - Xanımı açıqladı
Dünya08:33 11.01.2024

Baydenin niyə ikinci dəfə prezident olmaq istəyir? - Xanımı açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın hazırkı dövlət başçısı Co Bayden ona görə ikinci müddətə namizədliyini irəli sürəcək ki, azadlıq və demokratiya təhlükə altındadır.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın birinci xanımı Cill Bayden məlumat verib.
"Beləliklə, amerikalıların seçimi var. Onların güclü, sabit liderliyi, demokratiya uğrunda mübarizə aparan biri və ya xaos və dağıntını seçə bilər", deyə birinci xanım bildirib.
Bundan əvvəl "Fox News"un aparıcısı Cessi Uotters ABŞ-ın keçmiş birinci xanımı Mişel Obamanın qarşıdan gələn prezident seçkilərində Demokratlar Partiyası üçün "B planı" ola biləcəyini demiş və Co Baydenə ondan ehtiyatlı olmağı tövsiyə etmişdi.
"Mən Co Baydenin yerində olsaydım, kimdən daha çox qorxardım - Trampdan, yoxsa ondan (Mişel Obamadan) bilmirəm", deyə Uotters qeyd edib.
Aydın