Xəbər lenti

Baydenin səfərinə görə Finlandiyada daxili pasport nəzarəti bərpa edilib
Dünya09:53 09.07.2023

Baydenin səfərinə görə Finlandiyada daxili pasport nəzarəti bərpa edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Finlandiya ABŞ prezidenti Co Baydenin iyulun 13-nə planlaşdırılan ölkəyə səfəri ilə əlaqədar ölkənin daxili sərhədlərində pasport nəzarətini müvəqqəti bərpa edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Yle” məlumat yayıb.
Qeyd olunur ki, gələn cümə axşamı Helsinkidə Bayden beş Skandinaviya ölkəsinin lideri ilə görüşəcək. Buna görə də Finlandiya hakimiyyəti dövlət sərhədində şəxsiyyəti təsdiq edən sənədləri yoxlayacaq.
Tədbir iyulun 8-dən 15-dək qüvvədə olacaq və müəyyən hava və su sərhəd keçidlərində, həmçinin Finlandiyanın İsveç və Norveçlə quru sərhədlərində tətbiq olunacaq.
Sərhəd nəzarətinin tətbiqi əyləncə gəmilərinin hərəkətinə təsir göstərməyəcək.
"Daxili sərhədlərdə sərhəd nəzarətinin müvəqqəti tətbiqi Finlandiya Konstitusiyasında təsbit olunmuş hərəkət azadlığı hüququna təsir göstərmir", deyə Finlandiya Sərhəd Mühafizəsinin bəyanatında deyilir.
Konstitusiyaya görə, Finlandiya vətəndaşlarının ölkəyə girişi qadağan edilə bilməz. Bununla belə, onlar şəxsiyyət vəsiqəsi və ya pasport kimi şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Bundan əlavə, ölkəyə giriş qadağasına məruz qalmadıqda və ya giriş hüquqları qanunla məhdudlaşdırılmadıqda, bütün şəxslərin ölkəni tərk etmək hüququ var.
İyulun 15-dək müvəqqəti tədbirlər ləğv edildikdən sonra Finlandiya sərhədi boyunca müntəzəm nəqliyyat bərpa olunacaq.
Daxili sərhədlər Şengen Sazişinin 27 ölkəsi arasındakı sərhədlərdir. Buraya İrlandiyadan başqa bütün Aİ ölkələri, həmçinin Norveç, İslandiya, İsveçrə və Lixtenşteyn daxildir.
Aydın