Xəbər lenti

Baydenin öskürəyi amerikalıları qorxutdu
Dünya13:38 15.12.2020

Baydenin öskürəyi amerikalıları qorxutdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-da seçicilər son prezident seçkilərində rəsmi olaraq qalib gələn 78 yaşlı Co Baydenin sağlamlığından ciddi şəkildə narahat olub. 
Qaynarinfo xəbər verir ki, buna səbəb seçki səsverməsinin nəticələri ilə bağlı çıxış edərkən Baydenin öskürməsi olub.
Beləliklə, istifadəçilərdən biri Ağ Evin gələcək rəhbərinin 14 dəqiqədən az çəkən nitqi zamanı 17 dəfə öskürdüyünə diqqət çəkib. "Daily Mail”in verdiyi məlumata görə, Baydenə boğaz qıcıqlanmasını sakitləşdirmək üçün su içmək də məsləhət görülüb.
Bundan əlavə, həkim olan bir qadın vurğulayıb ki, öskürərkən ağızı Bayden kimi yumruqla deyil, dirsək büküşüylə tutmaq lazımdır. Bu, koronavirusla mübarizə qaydalarına görə də belədir.
Alpər