Buryatiya Respublikasının Severo-Baykal bölgəsində çərşənbə günü gecə 9,9 bal gücündə zəlzələ qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, bu haqda Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Baykal şöbəsinin məlumatında deyilir.
Əməliyyat məlumatlarına görə, yeraltı təkan 7 aprel yerli vaxtla 00:21-də (Moskva vaxtı ilə 6 aprel 19:21) baş verib. Zəlzələnin episentri Baykal gölünün şimal sahilindəki böyük Nijneanqarsk kəndindən 71 km şimal-şərqdə yerləşib.
Alpər