Xəbər lenti

Baza məhv edildi: 4 vertolyot, 20 yük maşını, MİQ-25 - FOTOLAR
Dünya14:34 24.05.2016

Baza məhv edildi: 4 vertolyot, 20 yük maşını, MİQ-25 - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Suriyanın Xüms və Tadmor şəhərləri arasında yerləşən Rusiyanın T-4 Et-Tiyas təyyarə bazası naməlum qüvvələrin hücumundan ciddi zərər çəkib.
Publika.az xəbər verir ki, bu haqda Amerikanın “Stratfor” kəşfiyyat-analitik mərkəzinin məruzəsində deyilir.
“Stratfor”un ekspertləri bildirirlər ki, ilkin məlumatlara görə, 4 vertolyot, 20 yük maşını və MİQ-25 təyyarəsi döyüş sursatları ilə birgə məhv edilib. Hücum edən güclərin kimliyi tam dəqiq olmasa da, hücumun arxasında İŞİD terror qruplaşmasının dayandığı ehtimal edilir.
Mərkəzin ekspertləri peykdən çəkilən şəkilləri təqdim ediblər. Şəkillərdə bazanın hücumdan əvvəlki (14 may 2016) və hücumdan sonrakı (17 may 2016) vəziyyəti göstərilib. Hücumdan sonra çəkilən şəkillərdə yanmış Mi-24 vertolyotları və yük maşınlarının qalıqları, həmçinin zərər dəyən təchizat binası və MİQ-25 təyyarəsi görünür.
İŞİD öz bəyanatında hücumun və məhv edilmiş texnikaların dəqiq təsvirini verib. Analitiklər məhz buna görə belə nəticəyə gəlirlər ki, hücumun arxasında İŞİD dayanır.
Qaynarinfo.az