Xəbər lenti

Dünya 20:51 11.12.2023

BƏƏ dünyanın ən zəngin insanları üçün yeni maliyyə sığınacağına çevrilib

Əbu-Dabinin biznes mərkəzində qeydiyyatdan keçmiş özəl şirkətlərin sayı 2016-cı ildən bəri 100 dəfədən çox artaraq 5 minə çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

Əmirlik aktivlərin qorunması, məxfilik və aşağı vergilər zəmanəti ilə böyük sərvət sahiblərini cəlb edir. M/HQ aktivlərinin idarə edilməsi üzrə məsləhətçiliyə görə, 2010-cu illərin ortalarında zonada cəmi 46 firma olub.

"Bloomberg"in həmsöhbətləri qeyd edirlər ki, Əbu-Dabidə qeydiyyat investorlara BƏƏ-də yaşayış icazəsi almağa ümid etməyə, həmçinin yerli nüfuzlu ailələrlə əlaqələr qurmağa imkan verir.

"Regionun sabitliyi, paytaxta yaxınlığı və aktivlərin etibarlı mühafizəsi Əbu-Dabini Britaniyanın Virgin adaları və Kayman adalarına cəlbedici alternativ edir", deyə biznes-hökumət münasibətləri üzrə ekspert Sem Blatteis bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->