Ötən günlərdə Birləşmiş Ərəb Əmirliklərində ömürlük həbsə məhkum edilən Metyu Hecs əfv edilib.
Qaynarinfo Independent-ə istinadən xəbər verir ki, BƏƏ paytaxtı Abu Dabidə keçirilən mətbuat konfransında bu barədə məlumat verilib. Böyük Britaniyalı doktorantura tələbəsi olan 31 yaşlı Metyu may ayında akademik tədqiqat məqsədilə BƏƏ-yə səfər etmişdi. Hava limanında saxlanılaraq həbs edilən Hecs Böyük Britaniya üçün casusluq etməkdə ittiham edilirdi.
Gülşən