Sergey Aleynik Belarusun yeni xarici işlər naziri təyin olunub. O, noyabrın 26-da 64 yaşında vəfat edən Belarus xarici işlər naziri Vladimir Makeyin birinci müavini olub.
Qaynarinfo xəbər verir ki, bu barədə BELTA məlumat
yayıb.
Sergey Aleynik 2009-2013 və 2020-2022-ci illərdə Belarus xarici işlər nazirinin müavini olub. 2013-2020-ci illərdə Belarusun Böyük Britaniya və İrlandiyadakı fövqəladə və səlahiyyətli səfiri, 2002-2009-cu illərdə Belarusun Müqəddəs Taxt-tac və Malta Suveren Ordenindəki səfiri olub.
Nizami Bağırov