Belarusun Qrodno şəhərində çevik polislər Oktyabrski ROVD binasının yaxınlığında toplaşan etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə Belsat TV kanalı məlumat yayıb. TV-nin məlumatına görə, polis maşınına aparılan vaxt bir nəfər yaralanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları "Qrodno Azot"un tutulan işçilərinə dəstək olaraq ROVD-nin binasında çıxış edən fəal Yevgeni Dudkini saxlayıblar.
Telegram kanalının Hrodna.life-a istinadən verdiyi məlumata görə, həbslər etirazçıların dağılışmağa başlamasından sonra başlayıb.
Alpər