Belçika ərazisi üzərində ilk dəfə naməlum dronlar müşahidə olunub.
Qaynarinfo xəbər verir ki, VRT-nin Belçika Müdafiə Nazirliyinə istinadla yazdığına görə bildirib ki, cümə günü gecə saat 01:45-də Liyeş vilayətinin şərqində, Elzenborn hərbi bazasının üzərində 15 dron
görülüb.
Baza Almaniya sərhədindən bir neçə kilometr aralıda yerləşir və 28 km² ərazini əhatə edir. Bu, atış təlimlərinin keçirildiyi qorunan zonaya malik ordu təlim düşərgəsidir.
Nəşrin qeyd etdiyi kimi, dronlar "təsadüfən” aşkarlanıb, çünki həmin vaxt bazada dron aşkarlama sistemi sınaqdan keçirilirdi. Güman edilir ki, dronlar Belçikadan sərhədi keçərək Almaniyaya uçub, onları Düren şəhərinin polisi də görüb. Dronların haradan gəldiyi və kim tərəfindən idarə olunduğu hələlik məlum deyil. Belçika hərbçiləri insidenti araşdırır.
Qeyd edək ki, oktyabrın 3-nə keçən gecə Almaniyanın Münhen hava limanında bir neçə naməlum dron aşkarlandıqdan sonra uçuşlar dayandırılıb, minlərlə sərnişin zərər çəkib. Həmçinin pilotsuz uçuş aparatları dəfələrlə Danimarka, Norveç və İsveç üzərində də müşahidə olunub.
Bununla belə, Almaniyada etiraf ediblər ki, hələlik öz əraziləri üzərində dronları vura bilmirlər, çünki tammiqyaslı dron əleyhinə müdafiə sistemi mövcud deyil və qalıqların düşməsi halında mülki şəxslər üçün risk yaranır. 2010-cu ildə ləğv edilmiş HHM sistemini faktiki olaraq yenidən yaratmağa məcburdurlar.
Alpər
Şərhlər