Belçikanın paytaxtı Brüsseldə təxminən 3 min nəfər miqrantlara dəstək aksiyası təşkil edib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 3 min nəfər Şimali Qatar Stansiyası ilə Maksimilian parkı arasında insan zənciri yaradıblar. 1 km-dən uzun zəncir yaradan şəxslər Miqrasiya naziri Teo Franken əleyhinə və "Miqrantlara dəstək", "Hamımız eyniyik" şüarlarını səsləndiriblər.
Qeyd edək ki, Brüssel höküməti Sudanla ölkədəki qeyri-leqal sudanlıların müəyyənləşdirilməsi və geri göndərilməsi üçün heyətin yaradılması barədə razılaşıb. Bildirilir ki, Sudana geri göndərilən miqrantlar təhlükə ilə qarşılaşır, hətta bəziləri işgəncəyə məruz qalırlar.
Gülşən