Xəbər lenti

Belçikada mühüm hərbi baza üzərində çoxlu PUA göründü - Nazir danışdı
Dünya 15:00 29.10.2025

Belçikada mühüm hərbi baza üzərində çoxlu PUA göründü - Nazir danışdı

Belçikanın cənubundakı bir hərbi bazanın üzərində bir neçə naməlum pilotsuz uçuş aparatı (PUA) müşahidə edildikdən sonra ölkənin Müdafiə Nazirliyi hadisəni məqsədli kəşfiyyat əməliyyatı kimi qiymətləndirərək istintaqa başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Belga” yayıb.

Müdafiə naziri Teo Franken təsdiqləyib ki, Valloniyada yerləşən hərbi bazanın üzərində naməlum dronlar iki dəfə ardıcıl şəkildə müşahidə olunub.

"Şənbə axşamı Marş-an-Faman şəhərindəki ordu briqadasının qərargahının vacib hissələri üzərində çoxsaylı dronlar görünüb, – deyə nazir bildirib. – PUA-lar orada xeyli müddət müşahidə olunub”.

Franken əlavə edib ki, növbəti gecə həmin ərazidə yenidən ayrı-ayrı dronlar görünüb:

"Zəruri prosedurlar tətbiq olundu, polis və ADIV (Ümumi Kəşfiyyat və Təhlükəsizlik Xidməti) istintaq aparır”.

Nazirin sözlərinə görə, dronların haradan gəldiyi hələ məlum deyil, lakin onların peyda olması "təsadüfi” sayılmır:

"Bu, ordumuzun "ürəyinə” qarşı açıq şəkildə təşkil olunmuş əməliyyatdır. Onlar hərbi obyektin ərazisindəki kritik infrastruktura dair məlumat toplamağa çalışırdılar”.

Franken əlavə edib ki, hökumət səviyyəsində PUA aşkarlama və zərərsizləşdirmə sistemlərinin təcili alınması ilə bağlı təşəbbüs irəli sürəcək.

Belçikanın müdafiə sənayesi şirkətləri də obyektləri üzərində şübhəli dronların sayının artdığını bildiriblər.

Bundan əlavə, Müdafiə Nazirliyi 2 oktyabr axşamı Almaniya sərhədi yaxınlığında yerləşən Elsenborn hərbi bazası üzərində 15 dronun görünməsi ilə bağlı insidenti də araşdırır. Məlumata görə, bu aparatların bəziləri bazanın üzərində dövrə vurduqdan sonra Almaniya ərazisinə doğru uçublar.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->